YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransa səfiri: Bu dəstəyə görə Azərbaycana təşəkkür edirik

"Fransanın Nitsa şəhərində terror hadisəsi baş verən zaman Azərbaycanın dəstəyini hiss etdik".

Bunu Fransanın ölkəmizdəki səfiri Aureliya Buşez jurnalistlərə açıqlamasında deyib. /Trend/

Səfir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmilər Fransaya bu hadisə ilə əlaqədar başsağlığı veriblər:

"Onlar belə bir dar gündə bizə öz dəstəklərini bildirdilər. Mən bu dəstəyə görə Azərbaycana təşəkkür edirəm. Bu dəstək iki ölkə və iki xalq arasındakı dostluğu göstərir və bizim bu hadisələrə qarşı münasibətimizi bildirir. Bu, multikulturalizmə bağlılığımızın göstəricisidir".