YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: İslahatlar Azərbaycanın yeni uğurlarının əsasını təşkil edəcək

«Dünyada, o cümlədən Avropada və regionda yaşanan böhran fonunda Azərbaycanda inkişaf tepmi davam edir». Bu fikri Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, bu nailiyyətin əsasında Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılması dayanır. Onun sözlərinə görə, ölkəmizdə bütün sferalar üzrə inkişafın mükəmməl hüquqi bazası yaradılıb.

«Bu baza əsasında da ölkəmiz inkişaf edir. Hazırda ölkəmizdə islahatların yeni mərhələsi həyata keçirilir. Bu islahatlar Azərbaycanın yeni uğurlarının əsasını təşkil edəcək»- deyə, deputat qeyd edib.