YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

OPEC-in neft hasilatı Nigeriyanın təsiri ilə artıb

Quldurların hücumlarından sonra zərərə uğrayan bəzi infrastruktur müəssisələrinin yenidən bərpası nəticəsində Nigeriyanın neft istehsalındakı artım Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) hasilatına da təsir edib.

Nigeriyada ötən ay gündəlik orta hesabla 1,53 milyon barrel neft istehsal edilib. Bu da may ayı ilə müqayisədə gündəlik 90 min barrel çoxdur.

Nigeriyanın neft naziri Emmanuel İbe Kaçikvu atəşkəsdən sonra bəzi neft boru kəmərlərini təmir etdiklərini açıqlamışdı.

İyunda dünyanın ən böyük neft ixracatçısı Səudiyyə Ərəbistanının istehsalı isə gündəlik 70 min barrel artaraq 10,33 milyon barrel olub. Liviya isə neft hasilatını sutkada 40 min barrel artıraraq gündəlik 320 min barrelə çatdırıb.

İraqın hasilatı gündəlik 70 min barrel azalaraq 4,3 milyon barrelə geriləyib. İranda isə neft istehsalı gündəlik 3,5 milyon olmaqla sabit qalıb.