YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhliman Əmiraslanov: Azərbaycan və Türkiyənin dostluğu sarsılmazdır

«Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətləri möhkəmləndirilib». Bu fikri Milli Məclisin komitə sədri, Azərbaycan – Türkiyə Parlamentlərarası Dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov bildirib ki, əlaqələrin daha da genişləndirilməsində hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumlarının rəhbərlərinin qarşılıqlı səfərləri əhəmiyyətli rol oynayır.

«Bütün sahələrdə əlaqələr uğurla inkişaf edərək ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik  münasibətlərinin yüksək səviyyəyə qalxmasına səbəb olub. Azərbaycan və Türkiyənin dostluğu sarsılmazdır. Dünyada, o cümlədən regionda baş verən mürəkkəb proseslər ölkələrimiz arasında birliyin daha da gücləndiilməsini zəruri edir. Azərbaycanın dünya birliyinə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında, ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında qardaş Türkiyə dövləti ilə hərtərəfli əməkdaşlığın rolu böyükdür. Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev bu münasibətləri yüksələn xətt üzrə inkişaf etdirərək strateji müttəfiqlik səviyyəsinə qalxmasında əhəmiyyətli rol oynayıb»- deyə, Ə.Əmiraslanov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv