YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaşda seçki məntəqəsinə gələ bilməyən vətəndaşların səsvermədə iştirakı təmin edilir

90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasının əhatə etdiyi 40 seçki məntəqəsində Milli Məclisə təkrar seçkilər vətəndaşların fəallığı şəraitində davam edir.

90 saylı Ağdaş DSK-dan bildiriblər ki, səhhəti ilə əlaqədar seçki məntəqələrinə gedə bilməyən vətəndaşların səsvermə hüququ təmin olunur, xəstə və ahıl yaşlı insanların evinə daşınan qutular göndərilir. Bu məqsədlə hər bir seçki məntəqəsinə daşınan qutu verilib.

Artıq 50-dən çox seçicinin evinə daşınan qutu göndərilərək onların səsverməsi təmin edilib. Vətəndaşlar səhhətlərindəki problemlə əlaqədar evlərinə daşınan qutu göndərilməsini öz ərizələri ilə istəyiblər. Həmin seçicilər səsvermə prosesində iştirak etdikləri üçün yaradılan şəraitdən razılıqlarını bildiriblər.