YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Minsk qrupu iyunun sonunda Dağlıq Qarabağ münaqişəsi üzrə görüşü təsdiq etdi

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik iyunun sonunda Dağlıq Qarabağ münaqişəsi üzrə görüşün keçiriləcəyini təsdiq edib.

C.Uorlik Trend-ə bildirib: "Hazırda görüşün detallarını bilmirik, lakin təsdiq edə bilərik ki, görüş iyunun sonunda olacaq".

O, ümid etdiyini bildirib ki, tərəflər may ayında Vyanada əldə edilmiş razılaşmaları müzakirə etməyə davam edəcəklər.