YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hüseynbala Mirələmov: Mövcüd milli-mədəni müxtəliflik Azərbaycanı mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı edib

«Ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq forumlar, konfranslar, görüşlər multikulturalizm ideyasının, xalqların dostluq və qardaşlıq şaraitində birgə yaşadığını göstərir». Bu fikri yap.org.az saytına Milli Məclisin deputatı Hüseynbala Mirələmov deyib.

 H.Mirələmov bildirib ki, biz müsəlman ölkəsi olaraq ənənələrimizə, dinimizə, mədəniyyətimizə və tariximizə çox bağlıyıq. Onun sözlərinə görə, bununla yanaşı, biz ümumbəşəri dəyərləri qəbul edirik, mədəni müxtəlifliyi davam etdiririk və buna böyük hörmətlə yanaşırıq.

«Mövcüd milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti Azərbaycanı çoxmillətli,çoxkonfessiyalı diyar, dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir. Bu gün həmin mədəni, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir»- deyə, H.Mirələmov qeyd edib.

DİGƏR Xəbərlər Arxiv