YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “Gömrük bəyannamələrinə dair TAIEX seminarı” öz işinə başlayıb

İyunun 6-da Bakıda Avropa Komissiyasının dəstəyi ilə “Gömrük bəyannamələrinə dair TAIEX seminarı” öz işinə başlayıb. Dövlət Gömrük Komitəsinin müxtəlif strukturlarının əməkdaşlarının iştirak etdiyi seminarın məqsədi gömrük bəyannamələrinə, xüsusilə tətbiq edilən ən son metod və texnologiyalara dair Avropa İttifaqının təcrübəsi barədə məlumat verməkdir.

Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Cavad Qasımov son dövrlərdə Azərbaycan gömrük sistemində aparılan islahatlar, tətbiq edilən yeniliklərdən bəhs edib, xüsusilə tranzit sistemi barədə Avropa İttifaqının (Aİ) təcrübəsinin öyrənilməsi və tətbiq olunmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, iki gün davam edəcək seminarda Bolqarıstan, Slovakiya və İtaliyadan olan ekspertlər - Marian Çodak, Elenka Petrova, Gaetano Sassone, Viktoriya Vassileva “Beynəlxalq hüquqi çərçivə”, “Aİ Tranzit sistemi”, “Tranzit malların bəyan edilməsi”, “ Aİ gömrük idxal və ixrac prosedurları”, “Elektron bəyanetmə”, “Ümumi bəyannamə” mövzularında iştirakçıları məlumatlandıracaqlar.