YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iyunun 6-dan etibarən bir sıra ölkələrdə beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hərbi qulluqçularımız iyunun 10-dək Tbilisidə mobil təlim qrupunun əsas əlaqələndirici zabitləri üçün “NATO-da informasiya və psixoloji əməliyyatlar” mövzusunda, eləcə də “Şərq Tərəfdaşlığı” proqramının iştirakçısı olan dövlətlər üçün ümumi təhlükəsizlik və müdafiə siyasəti üzrə tanışlıq kurslarına qatılacaqlar. Eyni zamanda, hərbçilərimiz ABŞ-ın Kanzas ştatında “Saber Guardian 2016” təliminə hazırlıq tədbirində, Almaniyanın Oberammerqau şəhərində döyüş hazırlığı qiymətləndirmə, iyunun 24-dək Pakistanın Kəraçi şəhərində standart əməliyyat taktikası kurslarında iştirak edəcəklər.