YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Cənubi Afrika Ticarət Palatasının təqdimatı olub

Afrika qitəsinin iqtisadi mərkəzi hesab edilən CAR-ın Cohanesburq şəhərində Azərbaycan-Cənubi Afrika Ticarət Palatasının təsis edilməsi münasibətilə təqdimat mərasimi keçirilib. Tədbirdə CAR-ın dövlət strukturları, biznes nümayəndələri, iş adamları, şirkət təmsilçiləri ilə yanaşı, diplomatik korpusun üzvləri də iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Elxan Poluxov Azərbaycan hökuməti tərəfindən iqtisadiyyatın şaxələndirilməsi, eləcə də yeni bazarların müəyyənləşdirilməsi sahəsində həyata keçirilən islahatlar kontekstində Palatanın önəmli layihələr reallaşdıraraq müsbət nəticələrə imza atacağına ümidvar olduğunu bildirib. Azərbaycan və CAR arasında ikitərəfli münasibətlərin hərəkətverici qüvvəsini iqtisadi əməkdaşlıq təşkil etdiyini bildirən səfir Azərbaycanda əlverişli biznes mühiti, həmçinin sərmayələrin qoyuluşu üçün münbit şərait yaradıldığını qeyd edib.

Tədbirdə, həmçinin Ticarət Palatasının sədri Mayls Çambers çıxış edərək iki dövlət arasında güclü diplomatik əlaqələr fonunda Ticarət Palatasının iqtisadi münasibətlərdə sabit yüksəlişin genişləndirilməsi, təşviqi və irəlilədilməsinə xidmət edəcəyini vurğulayıb. M.Çambers Ticarət Palatasının Cənubi Afrika və Azərbaycanın biznes dairələrinin hər iki ölkədə mövcud imkanlardan faydalanmağa yardım göstərəcəyini və bu xüsusda qarşılıqlı səfərlərin həyata keçirilməsinin planlaşdırıldığını söyləyib.

Tədbirdə, həmçinin AZPROMO tərəfindən çap edilmiş Azərbaycanın iqtisadi mühiti, investisiya layihələri və Azərbaycanda istehsal olunan məhsullara dair materiallar və Ticarət Palatasının broşürləri nümayiş etdirilib.