Xəbərlər
Azərbaycanın müdafiə naziri “Efes-2016” beynəlxalq təlimlərinin idarəetmə mərkəzində olub
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İzmir şəhərində keçirilən “Efes-2016” beynəlxalq təlimlərinin yekun mərhələsində iştirak etmək üçün mayın 30-dan Türkiyədə səfərdədir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazir general-polkovnik Zakir Həsənov yüksək səviyyəli müşahidəçilərlə birgə təlim idarəetmə mərkəzi və silah sərgisində olub.