YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çinin Dövlət Təhlükəsizlik Nazirliyi Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti ilə sıx əməkdaşlıq edəcək

Mayın 23-də Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ilə Çin Xalq Respublikasının Dövlət Təhlükəsizlik Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum və Azərbaycanın Xarici Kəşfiyyat Xidməti ilə Çinin Dövlət Təhlükəsizlik Nazirliyi arasında kommunike imzalanıb.

Sənədlərin imzalanmasından əvvəl Çin Xalq Respublikası Sədrinin xüsusi nümayəndəsi, Kommunist Partiyası Siyasi Şurasının üzvü, Mərkəzi Komitəsinin siyasi və hüquqi məsələlər komissiyasının katibi - Təhlükəsizlik Şurasının katibi Menq Jianzunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi naminə mühüm fəaliyyəti, ölkəmizdə sabitliyin və təhlükəsizliyin gücləndirilməsi üzrə görülən tədbirlərdən danışdı.

Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov təhlükəsizlik məsələləri üzrə əməkdaşlığın daha da yüksəldilməsinin vacibliyini bildirdi.

Çin Xalq Respublikası Sədrinin xüsusi nümayəndəsi, Təhlükəsizlik Şurasının katibi Menq Jianzu bu səfərin ölkələrimiz arasında tərəfdaşlıq əlaqələrinin daha da inkişafı üçün faydalı olacağına əminliyini ifadə etdi.

 

DİGƏR Xəbərlər Arxiv