YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: "Elm haqqında" qanun elmin inkişafında yeni bir mərhələ açır

«"Elm haqqında" qanun elmin inkişafında yeni bir mərhələ açır». Bu fikri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, indiyə qədər ayrıca olaraq, elm sahəsinə aid ayrıca qanun qəbul edilməmişdi. Onun sözlərinə görə, layihədə bütövlükdə Azərbaycan dövlətinin elm siyasətini özündə əks etdirən məsələlər yer alıb.

«Bu sənəddə dövlət siyasətinin əsas prinsipləri, dövlət siyasətinin əsas istiqamətləri, elmi yaradıcılıq və elmi fəaliyyət hüququna dövlət tərəfindən təminat verilməsi, elm, təhsil və iqtisadiyyatın inteqrasiyası, elmi işçilər, onların tutduqları ixtisas səviyyələri, elmi işçinin işə qəbulu, elmi müəssisə və təşkilatlar və digər məsələlər nəzərdə tutulub. Qanunda elmi fəaliyyətin və elmi işçilərin fəaliyyətinin stimullaşdırılması məsələsinə də yer verilir. Belə ki, alimlərinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması nəzərdə tutulur. Eyni zamanda, bu qanun Azərbaycanın beynəlxalq  elmi məkanda yerini də möhkəmləndirəcək»- deyə, M.Qasımlı vurğulayıb.