YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan nümayəndə heyəti Britaniya Xarici İşlər Nazirliyinin və parlamentinin rəsmiləri ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə və ənənəvi dini konfessiyaların başçıları – Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı dağ yəhudiləri dini icmasının başçısı Milix Yevdayev Britaniya səfəri çərçivəsində bu ölkənin Xarici İşlər Nazirliyi və parlamentinin rəsmiləri ilə görüşüblər.

Azərbaycan nümayəndə heyətinin tərkibində, həmçinin ölkəmizin Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, respublikamızın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Azad Məmmədov olublar.

Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya İdarəsinin direktoru Maykl Tethem ilə görüş zamanı Azərbaycanda ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dini tolerantlıq və multikultural mühitdən söhbət açılıb. Azərbaycandakı multikultural təhlükəsizlik prinsiplərindən, ölkəmizdə mövcud olan dini müxtəlifliyin qorunmasına yönəlmiş dövlət siyasətindən bəhs edilib.

M.Tethem Azərbaycanda nümayəndə heyəti ilə görüşdən məmnunluğunu ifadə edib. Ölkəmizdə yaradılan dini tolerantlıq və multikultural mühiti yüksək qiymətləndirib.

Daha sonra Azərbaycan nümayəndə heyəti Britaniya Parlamentinin Lordlar palatasında Lord David Evansla görüşüb.

Görüş zamanı Azərbaycanda mövcud olan dinlər haqqında məlumat verilib. Qeyd edilib ki, Azərbaycan cəmiyyəti dünyəvi dəyərlərə, bəşəri ideallara köklənmiş, başqa dini dəyərlərə öz hörmətini göstərən və qoruyan bir cəmiyyətdir.

Lord D.Evans ölkəmizdə bütün dinlərə qarşı hörmətlə yanaşılmasının təqdirəlayiq olduğunu ifadə edib. Azərbaycanın bu təcrübəsinin digər ölkələrdə öyrənilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşlərdə, həmçinin antisemitizm, ksenofobiya və digər mövzularda müzakirələr aparılıb.

Azərbaycan nümayəndə heyəti adından Lord D.Evansa ölkəmiz haqqında kitablar və hədiyyə təqdim edilib.

 

DİGƏR Xəbərlər Arxiv