YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Prezident İlham Əliyevin AŞPA-dakı çıxışı ilə Azərbaycan xalqı fəxarət və qürur duydu

«Prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasında çıxışı ilə Azərbaycan xalqı  fəxarət və qürur duydu. Lakin erməni lobbisinə xidmət edən müəyyən Avropa deputatları, ermənilər, eləcə də, adını azərbaycanlı qoyub ermənilər qədər dövlətimizə ziyan vurmağa çalışan ünsürlər bu çıxışdan məyus oldular. Çünki dövlətimizin başçısı güclü Azərbaycanı Avropaya təqdim etdi». Bu fikirləri Yeni Azərbaycan Partiyası  İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov parlamentin iclasında çıxışı zamanı deyib.

S.Novruzov bildirib ki, Prezident İlham Əliyev çıxışında ölkədə, eləcə də dünyada gedən proseslərlə bağlı dəyərli fikirlər səsləndirdi. Onun sözlərinə görə, Avropa deputatlarının suallar verərkən daha çox Azərbaycanın  Avropa məkanının enerji təhlükəsizliyindəki rolu, regiondakı münaqişələrin həlli yolları barədə olmadı: «Təəssüf ki, bu kimi vacib məsələlərdən daha çox  ölkəmiz haqqında yanlış informasiyalar əsasında erməni lobbisinin təsirində olan deputatlar qərəzli suallar verdilər.  Bu suallarda mənşəcə erməni olan Leyla Yunus və bu cür ünsürlər haqqında da suallar var idi. Axı niyə 1 milyondan çox qaçqınlar haqqında və ya 20 faizdən çox torpaqlarımızın işğalı barədə suallar vermirdilər? Təbii ki, bu tip sualların verilməsi, bir daha orada olan insanların simasını ortaya qoydu»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.

S.Novruzov qeyd edib ki, AŞPA-da təxribata yol verənlərin də kimliyi bəllidir. Onun sözlərinə görə, həmin təxribatçılar erməni adı ilə siyasi sığınacaq alanlardır. «Guya erməni olduqlarına görə, ölkəmizdə təzyiqlərə məruz qaldıqları üçün Avropa ölkələrindən sığınacaq alıblar.  Təbii ki, onlara bizim prezidentimizin  çıxışı sərf etmirdi. Bunun nəticəsi olaraq da Azərbaycanın haqq işinə, ölkədə gedən proseslərə kölgə salmaq üçün müəyyən erməni lobbisinə işləyən avropalı deputatlara qoşulub nəsə etməkdən ötrü bu addımları atdılar. Ancaq onların təxribatları baş tutmadı. Çünki bizim işimiz haqq işidir. Prezidentimizin qeyd etdiyi kimi, çalışacağıq ki, Avropa Şurasına sədrliyimiz müddətində ikili standartların qarşısı alınsın»- deyə, S.Novruzov bildirib.        

 

DİGƏR Xəbərlər Arxiv