YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yerli və xarici jurnalistlər Ermənistan hərbi birləşmələrinin atəşinə məruz qalan yaşayış məntəqələrinə səfər ediblər

Aprelin 29-da Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə yerli və xarici KİV-lərin təmsilçiləri ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələrinin yaşayış məntəqələrinə şiddətli artilleriya atəşləri nəticəsində mülki əhaliyə dəyən ziyanın nəticələri ilə yerində tanış olmaq üçün cəbhəboyu zonaya səfər ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı media təmsilçilərinə müsahibəsində deyib: “Son üç gecə ərzində Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən təmas xəttinə yaxın yaşayış məntəqələrini mütəmadi olaraq atəşə tutub. Atəş əsasən minaatanlardan, haubitsalardan, “BM-21” tipli yaylım atəşi sistemlərindən həyata keçirilib. Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən verilən tapşırığa əsasən, ön xətdə yerləşən hərbi qüvvələrimiz düşmənin bütün atəş nöqtələrinin susdurulması üçün qətiyyətli cavab tədbirləri görür. Bu tədbirlər mütəmadi olaraq həyata keçiriləcək və düşmənin ön xətdə olan bütün atəş nöqtələri məhv ediləcək”.

Xarici İşlər Nazirliyini mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, xarici jurnalistlərin cəbhəboyu zonaya səfəri qoşunların təmas xəttinə yaxın kəndlərdə yaşayan mülki əhaliyə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilən vəhşiliklərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə təşkil olunub. O, belə səfərlərin mütəmadi qaydada təşkil olunacağını qeyd edib.

 

 

DİGƏR Xəbərlər Arxiv