YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ayalev Vorkneh: Azərbaycan bütün dünya ölkələri üçün yaxşı nümunədir

Azərbaycan bütün dünya ölkələri üçün yaxşı nümunədir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” şüarı altında keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumunun iştirakçısı Efiopiya təmsilçisi Ayalev Vorkneh söyləyib.

A.Vorkneh bildirib ki, Azərbaycan bu cür forumlara ev sahibliyi etməklə dünyada birgəyaşayışın təşviq olunmasına mühüm töhfə verir.

Qonaq deyib: “Azərbaycan elə bir ölkədir ki, burada bütün dinlərin nümayəndələri birgə işləyir və sülh şəraitində yaşayırlar. Bu baxımdan Bakı sivilizasiyalararası və mədəniyyətlərarası forumların keçirilməsi üçün ideal məkanlardandır".

 

DİGƏR Xəbərlər Arxiv