YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Misheck Gondo : Forum gündəmdə olan məsələlərin müzakirəsi baxımından çox əhəmiyyətlidir

Azərbaycanda belə bir beynəlxalq səviyyəli forumun keçirilməsini Zimbabve ölkəsinin təmsilçisi olaraq yüksək qiymətləndirirəm. Bu forum dünya ölkələri nümayəndələrinin bir araya gəlməsi və gündəmdə olan qlobal məsələlərin müzakirəsi baxımından çox əhəmiyyətlidir.

Bu fikri AZƏRTAC-a müsahibəsində BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumunda iştirak edən Zimbabve Milli Gənclər Assosiasiyasının əməkdaşı Misheck Gondo deyib.

“Mən Gənclər Forumunda şəxsən iştirak elədim. Burda müzakirələr zamanı bir çox məsələlər, o cümlədən gender bərabərliyi, münaqişələrin həllində gənclərin rolu barədə fikir mübadiləsi aparıldı. Hesab edirəm ki, cəmiyyətin bütün üzvləri uşaqlar və gələcək naminə çalışmalı, onlar üçün sülhün bərqərar olduğu sağlam gələcək qurmalıdırlar”, -deyə qonaq bildirib.

 

DİGƏR Xəbərlər Arxiv