YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azay Quliyev: Hamımızın birgə səyi ilə ermənilərin informasiya sahəsindəki təxribat və yalanlarının qarşısı alınmalıdır

«Şübhəsiz ki, hamımızın birgə səyi ilə, xüsusilə bu mərhələdə ermənilərin informasiya sahəsindəki təxribat və yalanlarının qarşısı alınmalıdır». Bu fikirləri Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, QHT-lər bu sahədə tam səfərbər olunublar və onlar bütün beynəlxalq təşkilatlara mövcud vəziyyətlə bağlı ətraflı məlumat göndərirlər. Onun sözlərinə görə, Azərbaycan hökuməti, ictimaiyyəti və mediası tam olaraq ayaqdadır və bu məsələdə  güclü həmrəylik və iş birliyi nümayiş etdirilir.

«Xalqımızda vətənpərvərlik hissi və ruh yüksəkliyi ən yüksək səviyyədədir. Hamı cəbhəyə gedib torpaqlarımızı işğaldan azad etmək kimi tarixi missiyada iştirak etmək istəyir. Biz bu günü uzun illərdir ki, gözləyirik. Hamımız Azərbaycanın silahlı qüvvələri, əsgər və zabitləri ilə qürürlanırıq və onlarla fəxr edirik»- deyə, A.Quliyev qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv