YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Azərbaycan gəncliyi yüksək vətənpərvərlik ruhunda formalaşır

«Cəbhə xəttində ordumuzun böyük uğurlar qazanması göstərdi ki, Azərbaycan güclü ordu yaradıb və bu ordu artıq Azərbaycanın işğal olunmuş ərazilərini qısa müddət ərzində azad etmək imkanına malikdir. Bu hadisə Azərbaycan xalqının, xüsusilə  gənclərin hərbi vətənpərvərlik hissini daha da yüksəltdi». Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, dövlət başçısı qeyd edib ki, bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzün bərpasıdır, tarixi torpaqlarımızı qaytarmaqdır. Onun sözlərinə görə, ölkə Prezidenti gənclərə milli dəyərlərimizi hər şeydən üstün tutmağı, vətənpərvərlik və mənəvi məsələlərdə hər zaman prinsipial olmağı tövsiyə edib.

«Azərbaycan əsgər və zabitlərinin göstərdiyi misilsiz qəhrəmanlıq nümunələri göstərdi ki, gəncliyimiz möhtərəm Prezidentimizin tövsiyyələrini yerinə yetirməyə həmişə hazırdır. Millət vəkili seçildiyim Xəzər rayonunda da gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi üçün mühüm tədbirlər keçirilir. O cümlədən, təhsil ocaqlarında tədris ili ərzində gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə dövlət dilinə və rəmizlərinə, milli-mənəvi və ümumibəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması istiqamətində mütəmadi olaraq dəyirmi masalar, seminarlar, görüşlər, müsaqibələr təşkil olunur»- deyə, R.Əliyev vurğulayıb.