YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çikaqoda keçirilmiş “İpək Yolu” konfransında Azərbaycanın əhəmiyyəti vurğulanıb

Çikaqoda “İpək Yolu” konfransı keçirilib. Konfransın əsas mövzusu Avropanı Çinlə birləşdirən İpək Yolu üzərində yerləşən dövlətlərin investisiya, nəqliyyat, ticarət və tranzit potensialı ilə tanış etməkdən ibarət olub. Konfransda ABŞ-ın çoxsaylı ictimai, biznes və akademik nümayəndələri, habelə bir sıra digər dövlət təmsilçiləri də iştirak ediblər.

Tədbirdə ölkəmizi təmsil edən ABŞ-dakı səfirliyimizin əməkdaşı Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi inkişaf siyasəti, nəqliyyat sektorunun inkişafı istiqamətində görülən işlər, İpək Yolu ilə daşımaların sürətləndirilməsi uçun aparılmış islahatlar, quru, dəmir, dəniz, hava yolları və əlaqədar infrastrukturun imkanlarının artırılması barədə tədbir iştirakçılarına geniş məlumat verib. Müzakirələrdə İpək Yolunun işə düşməsi üçün ölkəmizin praktiki töhfəsinin əhəmiyyəti vurğulanıb və Azərbaycan vasitəsilə daşımaların üstünlükləri qeyd edilib.

Tədbir Şimali İllinoys Universitetinin Biznes Kolleci və Çikaqo Kommersiya Birjasının sponsorluğu ilə Mərkəzi Asiya Məhsuldarlığın Araşdırılması Mərkəzi tərəfindən təşkil edilib. Həmçinin, konfransın həmsponsorları qismində “Silk Way”, “Qlobal Biznes Məsləhəti” Jurnalı, Tianjin iqtisadi-texnoloji inkişaf Sahəsi, “Türk Hava Yolları” çıxış ediblər.

 

DİGƏR Xəbərlər Arxiv