YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mikayıl Cabbarov: Təhsil Nazirliyi zəif nəticə göstərən məktəblər üçün xüsusi layihələrin hazırlanmasına diqqət yetirir

«Təhsil Nazirliyi zəif nəticə göstərən məktəblər üçün xüsusi layihələrin hazırlanmasına diqqət yetirir». Bu fikri təhsil naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarov bildirib ki, elə bölgələrimiz və məktəblərimiz var ki, onlar ümumrespublika göstəricilərindən xeyli dərəcədə aşağı nəticələr göstərirlər. Onun sözlərinə görə, bu səbəbdən müəyyən layihələrin həyata keçiilməsi vacibdir.

«Bu baxımdan, “Azərbaycan üçün öyrət” layihəsi, ilk növbədə, ümumi nəticələri respublika səviyyəsindən daha aşağı olan məktəblər, yaxud akademik nailiyyətləri daha zəif olan şagirdlər üçün nəzərdə tutulub. Proqram “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, ümumtəhsil məktəblərində keyfiyyətli təhsil üçün bərabər imkanlar yaradır. Proqramin məqsədi təhsilin keyfıyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, əlavə təhsil ilə şagirdlərin bilik və dünyagörüşlərinin artırılmasıdır. Proqram, həmçinin şagirdlərin dərsə olan maraq və həvəsini artırmağa xidmət edir. Proqram vasitəsilə yeni tədris yanaşmaları tətbiq ediləcək, beynəlxalq və yerli səviyyədə təcrübə mübadiləsi aparılacaq»- deyə, nazir vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv