YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Azərbaycan-İspaniya biznes forumu keçiriləcək

Aprelin 26-da İspaniya Krallığının sənaye, energetika və turizm naziri Xose Manuel Soriyanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-İspaniya biznes forumu keçiriləcək.

AZPROMO-dan verilən məlumata görə, biznes foruma tikinti, nəqliyyat, enerji, sənaye, qida, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 20-dən artıq İspaniya şirkətinin qatılacağı gözlənilir.