YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazirin müavini Əli Əhmədov İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin işi ilə maraqlanıb

Aprelin 18-də Baş nazirin müavini Əli Əhmədov Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin iş fəaliyyəti və burada əhaliyə göstərilən xidmətlərin vəziyyəti ilə maraqlanıb.

Əli Əhmədov Agentliyin ofisində yaradılan şəraitlə tanış olub, işçilərlə söhbət edib, onlara öz tövsiyələrini verib.

Jurnalistlərə müsahibə verən baş nazirin müavini deyib: “Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılıb. Artıq bu məsələyə məsul icra qurumu var və işə əsasən gənclər cəlb olunub. Bu struktur artıq formalaşmaq üzrədir və xeyli iş görülüb. Demək olar ki, müəyyən konsepsiya hazırlanıb və bunun üzərində iş gedir. Digər tərəfdən, dünya ölkələrinin təcrübəsi öyrənilir və Azərbaycanda hansı modelin tətbiq edilməsi məsələsini aydınlaşdırmaq üçün beynəlxalq ekspertlər ölkəyə dəvət edilib. Əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi bu kontekstdə mühüm əhəmiyyət kəsb edir. İcbari tibbi sığortanın tətbiqi nəticəsində əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyəti əhəmiyyətli dərəcədə artacaq”.

Baş nazirin müavini vurğulayıb ki, maddi imkanları aşağı olan insanların tibbi sığortası dövlət tərəfindən maliyyələşdiriləcək, imkanlı insanlar isə tibbi sığorta haqlarının böyük hissəsini özləri ödəyəcəklər. Bununla da səhiyyə sistemi üçün vacib sayılan əlavə resursların cəlb olunması təmin ediləcək.

 

DİGƏR Xəbərlər Arxiv