YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

OPEC ölkələrinin Doha görüşündə neft hasilatının “dondurulmasına” dair danışıqlar nəticəsiz başa çatdı

Dohada neft istehsal edən ölkələrin nümayəndələrinin gərgin müzakirələrlə keçən görüşü nəticəsiz başa çatıb. Bütün səylərə baxmayaraq, Səudiyyə Ərəbistanı irəli sürdüyü şərtini geri götürməyib.

Görüşün ziddiyyətli olacağı əvvəlcədən məlum idi. Lakin güman edilirdi ki, iştirakçı ölkələr dünya bazarında neftin qiymətinin artması naminə kompromisə gedəcəklər. Norveçin, İranın və Liviyanın görüşə qatılmaqdan imtina etməsi, Səudiyyə Ərəbistanının İran ilə ziddiyyətli münasibətləri neftin hasilatının “dondurulmasına” imkan verməyib.

Razılaşma sənədi üzərində aparılan 6 saatlıq müzakirədən sonra yekdillik əldə edilməyib və imzalama mərasimi baş tutmayıb.

 

DİGƏR Xəbərlər Arxiv