YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-ın “UPI” agentliyi enerji təhlükəsizliyi məsələlərində Azərbaycanın strateji rolundan yazır

Vaşinqtonda yerləşən “United Press International” beynəlxalq xəbər agentliyi “Azərbaycan: Qaz kəmərləri şəbəkələri layihələrinin həyata keçirilməsində ABŞ-ın dəstəyi mühüm əhəmiyyətə malikdir” sərlövhəli məqalə yayıb. Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtonda ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşündən danışılır. Bildirilir ki, görüşdə çoxlu məsələlər, o cümlədən iki ölkə arasında enerji əməkdaşlığı və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə Azərbaycanın töhfəsi müzakirə edilib.

Məqalə müəllifi Daniel Qreber Con Kerrinin sözlərinə istinadla qeyd edir ki, Şərq ilə Qərbin arasında yerləşən Azərbaycan regional enerji təhlükəsizliyi ilə bağlı layihələrin həyata keçirilməsində strateji rol oynayır. “Cənub” qaz dəhlizini təşkil edən bir neçə qaz kəməri Azərbaycanın “Şahdəniz” yatağından təbii qazı Avropaya nəql edəcək. D.Qreber Prezident İlham Əliyevin görüşdə layihənin həyata keçirilməsi istiqamətində səylərdə Birləşmiş Ştatların mühüm rolunu vurğulamasından sitat gətirib. Müəllif yazır ki, ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokştayn cari ilin fevral ayında Bakıya səfəri zamanı layihənin müzakirə edilməsi üçün region ölkələrinin enerji nazirləri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndələri ilə görüşüb, layihənin ABŞ hökuməti üçün “uzunmüddətli prioritet” olduğunu vurğulayıb.

Sonda D.Qreber dövlət katibi Con Kerridən sitat gətirərək qeyd edir ki, layihə Avropanın davamlı strateji maraqları və enerji mənbələrinin şaxələndirilməsi üçün mühüm addımdır.

 

DİGƏR Xəbərlər Arxiv