YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bəxtiyar Əliyev: Beynəlxalq təşkilatlar Ermənistanın törətdiyi təhlükəyə xüsusi diqqət yetirməlidirlər

«Ermənistan ərazisindəki qəzalı vəziyyətdə olan atom elektrik stansiyasının tullantıları işğal edilmiş Azərbaycan torpaqlarına - Dağlıq Qarabağ və onun ətrafındakı ərazilərə atılır, yaxud basdırılır. Bu, bölgə üçün ciddi təhlükə mənbəyidir». Bu fikirləri Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, vaxtilə Azərbaycanın təkidi ilə faktaraşdırıcı missiya da işğal edilmiş Azərbaycan ərazilərində olmuş və bu cür ehtimalların olduğunu bəyan etmişdi.

«Bu baxımdan, beynəlxalq təşkilatlar bu məsələyə xüsusi diqqət yetirməlidirlər. Həmin nəzarətsiz ərazilərdə narkotiklərin becərilməsi, terrorçu dəstələrin hazırlanması və s. məsələlərə beynəlxalq ictimaiyyət öz reaksiyasını verməlidir. Bu, təkcə Azərbaycan üçün deyil, Avropa üçün təhlükə mənbəyidir»- deyə, B.Əliyev qeyd edib.