YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan MDB Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin Minskdə keçirilən iclasında təmsil olunur

Belarus Respublikasının müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-mayor Oleq Belokonevin dəvəti ilə bu ölkədə səfərdə olan Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov martın 28-də MDB iştirakçı dövlətləri Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin Minskdə keçirilən növbəti iclasında iştirak edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, iclas iştirakçıları əvvəlcə Qələbə meydanındakı abidənin önünə əklil qoyublar.

Azərbaycan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektləri müzakirə olunur. Iclasda müdafiə sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılacaq.

Martın 30-dək davam edəcək səfər çərçivəsində general-polkovnik N.Sadıqovun bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub.

Görüşlərdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunacaq. Bundan əlavə, Belarus Respublikasının bir sıra müdafiə sənayesi müəssisələri ilə tanışlıq planlaşdırılır.