YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Silahlı Qüvvələrimizin istifadəsində olan silah və texnika erməni birləşmələrini darmadağın etməyə imkan verir

“Voenno-promışlennıy kuryer” saytında Siyasi və Hərbi Analiz İnstitutunun direktor müavini Aleksandr Xramçixinin Azərbaycana dair dərc edilmiş məqaləsini oxuyarkən müəllifin baş verən proseslərdən bixəbər olduğu aydın görünür.

Bunu həmin məqalə ilə bağlı AZƏRTAC-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumatda qeyd olunub ki, məqalədə sadalanan faktlar və rəqəmlər artıq köhnədir. Azərbaycan qısa dövrdə arsenalında olan silah və texnikanın ən müasir, yüksək dəqiqliyə və dağıdıcı gücə malik olanları ilə yenilənməsi işini həyata keçirib. Bu proses artan templə davam edir. Müəllifin mülahizələri çox vaxt yersizdir, indiki vəziyyəti, regiondakı prosesləri real əks etdirmir.

“Azərbaycan işğalçı, separatçı cinayətkarlardan ibarət qurumla mübarizə aparmaq üçün kifayət qədər gücə, qüdrətə malikdir. İşğalçı Ermənistan ilə fəal hərbi əməliyyatlara başlamamasının yeganə səbəbi isə dövlətimizin yürütdüyü sülhsevər siyasət və beynəlxalq qanunlara hörmətlə yanaşmasıdır. Əks təqdirdə Azərbaycan Silahlı Qüvvələrinin istifadəsində olan silah və texnikanın gücü nəinki Dağlıq Qarabağda olan işğalçı erməni birləşmələrini darmadağın etməyə, hətta Ermənistan ərazisindəki istənilən obyekti məhv etməyə imkan verir”, - deyə Müdafiə Nazirliyinin məlumatında xüsusi vurğulanıb.