YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Azərbaycanda yürüdülən sosial siyasətin mərkəzində insan amili dayanır

Azərbaycanda yürüdülən sosial siyasətin mərkəzində insan amili dayanır. Ölkəmizdə görülən bütün işlər Azərbaycan vətəndaşlarının rifahının yaxşılaşdırılması, onun daha gözəl gələcəyi, cəmiyyətimizin, dövlətimizin möhkəmləndirilməsinə xidmət edir.

Bu fikirləri martın 15-də Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti barədə hesabatın müzakirəsi zamanı Milli Məclisin sədr müavini Bahar Muradova bildirib.

Bahar Muradova deyib ki, bütün bunlarla yanaşı, ötən il bir sıra problemlərin həlli üçün yeni imkanlar da yaradıldı. Bu isə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökuməti tərəfindən həyata keçirilən iqtisadi, sosial və digər sahələri əhatə edən islahatlar paketi ilə bağlıdır: “Hesab edirəm ki, 2015-ci ildən başlamış, 2016-cı ildə sürətlə davam etdirilən bu islahatlar mövcud olan problemlərin də bir çoxunun aradan qaldırılmasına imkan yaradacaq”.

Ölkəmizdə qoşunların təmas xəttində yaşayan insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlardan danışan Bahar Muradova qeyd edib ki, manatın devalvasiyası ilə yaranmış çətinliklərə baxmayaraq, Füzuli rayonu ərazisində tikiləcək fin qəsəbəsinin inşasına 48 milyon manat pul ayrılıb. Artıq hökumətin fondundan bu layihənin başladılması üçün 1 milyon 600 min manat ayrılıb və ilkin işlər tamamlanıb.

Milli Məclis sədrinin müavini qeyd edib ki, Azərbaycanda ordu quruculuğu ötən il uğurla davam etdirilib, hərbi intizam daha da möhkəmləndirilib. Büdcədən bu istiqamətdə ayrılmış 3,3 milyard manat ordunun maddi-texniki bazasının möhkəmləndirilməsinə, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasına sərf olunub. Bu da özünü düşmənin təxribatlarının qarşısının alınmasında açıq-aşkar göstərib. Bütün bunlar isə Azərbaycan xalqının ordumuza olan inamını daha da artırıb. “Bizim müdafiə təyinatlı silah–sursat istehsalı beynəlxalq sərgilərdə iştirak edir”, - deyə Bahar Muradova vurğulayıb.