YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MDB ölkәlәri informasiya agentliklәri fotoxәbәr mübadilәsinə dair müqavilә imzalayıblar

Martın 15-dә Tacikistanın paytaxtı Düşәnbә şәhәrindә MDB ölkәlәri İnformasiya Agentiklәri Rәhbәrlәri Şurasının XXI iclası keçirilib.

AZӘRTAC (Azәrbaycan), TASS (Rusiya), Xovar (Tacikistan), Belta (Belarus), Kazinform (Qazaxıstan), Kabar (Qırğızıstan) informasiya agentliklәrinin rәhbәrlәri vә nümayәndәlәrinin iştirak etdikləri iclasda birgә tәdbirlәrin keçirilmәsi, sosial mediada fәal iştirak, informasiya mübadilәsinin yeni formalarının tәtbiqi mәsәlәlәri müzakirә olunub.

TASS informasiya agentliyinin baş direktoru Sergey Mixaylov Şuranın ötәn ildә gördüyü işlәrdәn, agentliyin birgә hәyata keçirdiyi layihələrdən danışıb. O, MDB agentliklәrinin qarşılıqlı әmәkdaşlığının ölkәlәr arasında әlaqәlәrin inkişafına, humanitar münasibәtlәrin dәrinlәşmәsinә böyük töhfә olduğunu bildirib.

Tacikistan Prezidentinin sosial inkişaf vә ictimaiyyәtlә әlaqәlәr üzrә kömәkçisi Abdudjabbar Raxmonzoda infomasiya agentliklәrinin müştәrәk layihәlәrinin xalqların bir-birini daha yaxından tanımasına tәkan verdiyini vurğulayıb. Onun sözlәrinә görә, informasiya mühitinin yaxşılaşması cәmiyyәtdә hazırda әsas tәlәblәrdәn biridir. Prezidentin kömәkçisi Şuranın MDB ölkәlәrinin yaxınlaşması üçün böyük sәylәr göstәrdiyini qeyd edib.

Sonra iclasda Şuranın üzv agentliklәri arasında fotoinformasiya mübadilәsi üzrә müqavilә imzalanıb. Sәnәd mütәmadi olaraq foto xәbәrlәrin tәqdim edilmәsini, bu sahәdә әmәkdaşlığın genişlәndirilmәsini nәzәrdә tutur.

İclas çәrçivәsindә iştirakçı ölkәlәrin mәdәniyyәti vә tarixini әks etdirәn kitablar nümayiş olunub.

 

DİGƏR Xəbərlər Arxiv