YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çexiya Parlamenti Deputatlar Palatasının sədri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçekin başçılıq etdiyi nümayəndə heyəti martın 14-də Fəxri xiyabana gələrək müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Jurnalistlərə müsahibəsində Yan Hamaçek bildirib ki, Çexiya ilə Azərbaycan arasında siyasi əlaqələr yüksək səviyyədədir. İqtisadi əlaqələrin də inkişaf etdirilməsinə ehtiyac var. Azərbaycanla dəmir yolu xəttinin inşası ilə bağlı əməkdaşlığı inkişaf etdirə bilərik.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suala cavabında Yan Hamaçek deyib ki, Çexiya BMT və digər beynəlxalq təşkilatlar tərəfindən bu münaqişə ilə bağlı qəbul edilən bütün qətnamələrə və digər sənədlərə hörmətlə yanaşır.