YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahib Ələkbərov: Ölkədə sahibkarlıq subyektləri üçün ən mütərəqqi və sadə qeydiyyat sistemi mövcuddur

«Ölkədə sahibkarlıq subyektləri üçün ən mütərəqqi və sadə qeydiyyat sistemi mövcuddur». Bu fikri vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərov bildirib ki, dövlət başçısının  təşəbbüsü ilə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılıb. Onun sözlərinə görə, Vergilər Nazirliyi isə öz səlahiyyətləri çərçivəsində kiçik sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının və operativ nəzarət tədbirlərinin keçirilməsinin dayandırılması barədə qərar qəbul edib.

«Bütün bunlar sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması məqsədilə aparılan əsaslı islahatların bir hissəsidir. Bu addımlara adekvat olaraq, sahibkarlar da işlərini şəffaflıq prinsipləri əsasında qurmalı, vergilərini düzgün hesablayıb dövlət büdcəsinə tam həcmdə və vaxtında ödəməlidirlər»- deyə, nazir müavini vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv