YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Latviyanın sabiq prezidentləri IV Qlobal Bakı Forumunda iştirak edəcəklər

Latviya Respublikasının sabiq prezidentləri Vayra Vike-Frayberqa və Valdis Zatlers IV Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfərə gələcəklər. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Martın 10-11-də Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək Forumun mövzusu “Çoxqütblü dünyaya doğru”dur.

Qeyd edək ki, Vayra Vike-Frayberqa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədridir. 1999-2007-ci illər ərzində iki dəfə Latviya Respublikasının Prezidenti seçilən Vayra Vike-Frayberqa 2013, 2014, 2015-ci illərdə Qlobal Bakı forumlarında iştirak edib. Bundan başqa, forumlara hazırlıq məqsədi ilə keçirilən görüşlərə qatılıb.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Valdes Zatler isə 2007-2011-ci illərdə Latviya Respublikasına rəhbərlik edib. Sabiq Prezident ötən il ölkəmizdə keçirilmiş III Qlobal Bakı Forumunda iştirak edib.

 

DİGƏR Xəbərlər Arxiv