YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Mehdiyev: Dövlətimiz müharibə və əmək veteranlarının sosial müdaifəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır

«Dövlətimiz müharibə və əmək veteranlarının sosial müdaifəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır». Bu fikri Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib.

E.Mehdiyev bildirib ki, Prezident İlham Əliyevin siyasətində bu kateqoriyalı insanlara xüsusi önəm verilir. Onun sözlərinə görə, hər il dövlət başçısının veteranlarla görüşü bu diqqətin nümunəsidir.

«Ölkəmizdə müharibə və əmək veteranlarının pensiya təminatı da  daim yaxşılaşdırılır. Onlar üçün xüsusi təqadülərin, birdəfəlik yardımların verilməsi buna nümunədir. Ümumilikdə, dövlətimizin siyasətində əhalinin sosial müdafiəsinin gücləndirilməsi hər zaman mühüm yer tutur»- deyə, E.Mehdiyev vurğulayıb.