YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gənclər və idman naziri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin gənclər və idman məsələlərinə məsul nazirlərinin birinci iclasında iştirak etmək üçün İstanbula yola düşüb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, martın 4-də keçiriləcək iclasda TDƏŞ-ə üzv dövlətlər arasında təşkil olunacaq ikinci Dünya Köçəri Oyunları, Türkdilli Dövlətlərin Universitet İdman Oyunları (Türk Universiadası), gənclər festivalı, gənclər düşərgəsi və s. məsələlər müzakirə ediləcək. Həmçinin 2016-cı ildə gənclər festivalının, 2017-ci ildə Türk Şurası gənclər və idman məsələlərinə məsul nazirlərin ikinci iclasının və 2018-ci ildə Türk Universiadasının Azərbaycanda təşkili məsələləri ilə bağlı fikir mübadiləsi aparılacaq.

2009-cu ildə keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə toplantısında imzalanmış Naxçıvan Sazişi çərçivəsində təsis edilən TDƏŞ konkret layihələr vasitəsilə türkdilli ölkələr və xalqlar arasında əməkdaşlığı inkişaf etdirməyi nəzərdə tutur.

 

DİGƏR Xəbərlər Arxiv