YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xorvatiyanın sabiq prezidentləri Bakıya gəlir

Xorvatiyanın sabiq prezidentləri Stepan Mesiç və İvo Yosipoviç 10-11 mart tarixlərində Bakı şəhərində “Çoxqütblü dünyaya doğru” mövzusuna həsr edilən IV Qlobal Bakı Forumunda iştirak məqsədilə Azərbaycana səfər edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, enerji və qlobal idarəçiliyin gələcək perspektivləri müzakirə olunacaq. Bundan başqa, qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu ilə bağlı məsələlər də forumun gündəliyinə daxildir.

 

DİGƏR Xəbərlər Arxiv