YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Barselonada “Azərbaycan səmasında” adlı sənədli filmin premyerası keçirilmişdir

Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin və İspaniyanın Respublika Pilotları Assosiasiyasının birgə təşəbbüsü və dəstəyi ilə iyunun 19-da Barselona şəhərindəki Kataluniya Tarixi Muzeyində “Azərbaycan səmasında” adlı sənədli filmin premyerası keçirilmişdir. 

Bu film 1936-1939-cu illərdə İspaniyada vətəndaş müharibəsi zamanı Azərbaycanın Kirovabad (indiki Gəncə) şəhərində pilot məktəbində təhsil almış və Böyük Vətən müharibəsi zamanı Sovet İttifaqının qoşunları tərkibində Azərbaycan səmasını qorumuş ispan pilotlarına həsr edilmişdir.

Çəkilişlər Azərbaycan tərəfindən Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən “Salnamə” studiyası, İspaniya tərəfindən isə “Volya Production” studiyası tərəfindən həyata keçirilmişdir.

Filmə baxış pulsuz olmuşdur.

 

DİGƏR Xəbərlər Arxiv