YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Amerikanın “Jewish Journal” qəzetində Xocalı soyqırımı haqqında məqalə dərc edilib

ABŞ nəşri olan “Jewish Jurnal” qəzeti Azərbaycan dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayevin məqaləsini dərc edib. “Faciənin sərhədi yoxdur: Xocalı soyqırımı qurbanlarını yad edərkən” adlı məqalədə M.Yevdayev erməni silahlı birləşmələrinin Azərbaycanın Xocalı şəhərində törətdiyi hərbi cinayətdən söz açır.

Müəllif qeyd edir ki, hər il fevral ayında ölkəmizdə 1992-ci ilin faciəli hadisələri xatırlanır. Həmin dövrdə erməni silahlı birləşmələri Azərbaycanın Qarabağ bölgəsindəki Xocalıda qadınlar, uşaqlar və qocalar daxil olmaqla 613 dinc vətəndaşı qətlə yetiriblər.

M.Yevdayev yazır ki, hər bir yəhudi üçün belə bir hadisə xüsusi məna kəsb edir, çünki yəhudi xalqı da əsrlər boyu dünyanın müxtəlif guşələrində təqiblərə məruz qalıb. Müəllif qeyd edir: “Mənim üçün 1992-ci ilin Xocalı soyqırımı müstəsna olaraq şəxsi faciədir”. Onun sözlərinə görə, Azərbaycanda elə bir adam tapmazsan ki, erməni təcavüzü nəticəsində doğmaları, yaxud tanışlarından kimsə əziyyət çəkməsin, həlak olmasın. Azərbaycan sovet istibdadı dövründən keçsə və amansızlığın nə olduğunu bilsə də, heç kim Xocalıda bu dərəcədə qəddarlığın olacağını gözləmirdi. Dağ yəhudiləri icmasının rəhbəri yazır: “Xocalıda baş verənlər Holokostla bağlı fotoalbomdan götürülmüş şəkildir”.

Məqalənin sonunda müəllif qeyd edir ki, bütün ədalətsiz müharibələrin qurbanları, o cümlədən Xocalıda erməni cəlladları tərəfindən qətlə yetirilən günahsız insanlar daim anılmalıdır.

 

DİGƏR Xəbərlər Arxiv