YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bayram Səfərov: XX əsrin sonunda, sivil bir dünya düzənində belə tükürpədici qətliamın, insanın qanını donduran soyıqırımın baş verməsi ağlasığmazdır

«Ötən əsrin ən böyük faciəsi, bəşəriyyətə, insanlığa qarşı törədilmiş qətliam olan Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı həm ölkəmizdə, həm də xarici ölkələrdə tədbirlər keçirilir. Bu faciə haqqında danışmaq çox çətindir. Çünki həmin faciənin qurbanlarının-xüsusi qəddarlıqla, amansızlıqla qətlə yetirilənlərin, bətni yarılaraq körpəsi qətlə yetirilənlərin, övladı göz açmamış vəhşicəsinə öldürülən anaların, tanınmaz vəziyyətə salınan ağsaqqalların, ağbirçəklərin faciəsinin şahidi olmuşuq. İnsanların diri-diri yandırılması, tankların tırtılları ilə əzilməsi qan yaddaşımıza köçüb. Azərbaycan xalqına qarşı zaman-zaman belə qətliamlar törədilib». Bu fikirləri «Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması» İctimai Birliyinin sədri Bayram Səfərov deyib.

B.Səfərov bildirib ki, XX əsrin sonunda, sivil bir dünya düzənində belə tükürpədici qətliamın, insanın qanını donduran soyıqırımın baş verməsi ağlasığmazdır. Onun sözlərinə görə, ermənilərin xalqımıza qarşı apardığı soyqırım siyasəti nə bu günün, nə dünənin işidir. Son iki yüz illik tarixin hər bir səhifəsini çevirəndə erməni vəhşiliyini, vandalizmini görməmək mümkün deyil.

«Bu gün Xocalı həqiqətləri ilə bağlı dünya ölkələrində tədbirlər keçirilir. Bu tədbirlərlə biz beynəlxalq təşkilatlardan, dünya dövlətlərindən obyektiv olmağı, erməni vəhşiliyinə münasibət bildirməyi tələb edirik. İstər Xocalı soyqırımının dünyada tanınması, istər Azərbaycanın torpaqlarının işğaldan azad olunması, istərsə də qaçqın-köçkünlərimizin hüquqlarının bərpası məsələsi dövlətimiz tərəfindən başlıca məsələ kimi diqqətdə saxlanılır və bu problemlərin həlli yönündə siyasət davam etdirilir. Təbii ki, bu prosesdə diaspor təşkilatlarımız da son illər fəallaşıblar.
Xüsusilə qeyd etmək istəyirəm ki, Heydər Əliyev Fondunun təşəbbüsləri təqdirəlayiqdir. Həyata keçirilən “Xocalıya ədalət” kampaniyasının dünyada geniş əks-sədası var. Azərbaycan dövləti bu istiqamətdə öz siyasətini davam etdirir və Xocalı soyqırımının dünya birliyində tanınması yönündə aparılan fəaliyyət müsbət nəticələrini verməkdədir. Fikrimcə, biz gələcəkdə daha çox ölkələrin bu faciəni soyqırımı kimi tanımasının şahidi olacağıq»- deyə, B.Səfərov qeyd edib.

DİGƏR Xəbərlər Arxiv