YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Xocalı soyqırımı Azərbaycan tarixinin ən qanlı səhifələrindən biridir

«Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli tədbirlər həyata keçirilir. Bu baxımdan, Xocalı soyqırımının beynəlxalq müstəvidə tnnıması yönündə görülən işlər xüsusilə təqdir olunmalıdır». Bu fikirləri Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

K.Əliyeva bildirib ki, Xocalı soyqırımı Azərbaycan tarixinin ən qanlı səhifələrindən biridir. Onun sözlərinə görə, dövlətimizin rəhbərliyi bu faciəyə beynəlxalq səviyyədə hüquqi-siyasi qiymətin verilməsi üçün lazımi iş aparır.

« Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlər çərçivəsində Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Fond Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş aparır. Fondun dəstəyi ilə hər il müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğat aparılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası da real və konkret nəticələrini verməkdədir. Bu kampaniya çərçivəsində görülən işlər dünya ictimaiyyətinin Qarabağ münaqişəsi və Xocalı soyqırımı həqiqətlərindən xəbərdar olmasına imkan verir»- deyə, K.Əliyeva qeyd edib.
 

DİGƏR Xəbərlər Arxiv