YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“İlham Əliyev. Bioqrafiya davam edir...” kitabının ərəb dilində variantının təqdimatı olmuşdur

İyunun 19-da Azərbaycan Dillər Universitetində (ADU) Milli Məclisin deputatı, yazıçı-publisist Hüseynbala Mirələmovun və Viktor Andriyanovun birgə qələmə aldıqları “İlham Əliyev. Bioqrafiya davam edir...” kitabının ərəb dilinə tərcümə olunmuş variantının təqdimat mərasimi keçirilmişdir. 

Heydər Əliyev adına Muzey-Lektoriyada keçirilən tədbirdə çıxış edənlər “Görkəmli adamların həyatı” silsiləsindən nəşr edilmiş kitabın məziyyətlərindən, ərəb dilinə tərcümə olunmasının əhəmiyyətindən danışmışlar.

Bildirilmişdir ki, kitab Azərbaycanın Küveytdəki səfirliyinin təşəbbüsü və dəstəyi ilə bu ölkənin nüfuzlu “Suad Əl-Sahab Nəşriyyat və Yayım Evi”ndə çapdan çıxmışdır.

Kitabı ərəb dilinə səfirliyin əməkdaşı Babək Əhmədov tərcümə etmişdir. Nəşrin redaktoru Ammar Həsəndir

 

DİGƏR Xəbərlər Arxiv