YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MDB-nin mənzil-qərargahında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının növbəti iclası keçirilib

Fevralın 9–da Minskdə, MDB İcraiyyə Komitəsində Birliyin üzvü olan dövlətlərin qurumun nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının növbəti iclası keçirilib. Bu barədə MDB-nin mənzil-qərargahının mətbuat xidmətindən məlumat veriblər.

İclasda MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) aprelin 8-də Moskvada keçiriləcək iclasının gündəliyinin layihəsi hazırlanıb.

Layihəyə Birlik ölkələrinin siyasət, geoməkan informasiya mübadiləsi sahəsində əməkdaşlığına dair məsələlər, əhalinin sağlamlığının mühafizəsi, şəkərli diabetin profilaktikası və müalicəsi, onkoloji xəstəliklərə qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyətə həsr olunmuş bir sıra sənədlər daxildir. Bundan əlavə, XİNŞ-in müzakirəsinə mədəni əməkdaşlıq, MDB ölkələrinin mütəxəssislər hazırlanması üzrə baza təşkilatlarının yaradılması məsələləri çıxarılır.

Daimi Səlahiyyətli Nümayəndələr Şurasının üzvlərinə MDB Hökumət Başçıları Şurasının iyun ayında Bişkekdə nəzərdə tutulan iclasının gündəliyinin layihəsinə təkliflər təqdim edilib.

Daimi Səlahiyyətli Nümayəndələr MDB-nin 25 illiyinə həsr olunmuş tədbirlərin hazırlanması və həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Plan MDB çərçivəsində məzmunlu, intensiv və qarşılıqlı faydalı əməkdaşlığın fəallaşmasına tuşlanmış təqribən 3 təşkilati, elmi-praktiki, iqtisadi və humanitar xarakterli tədbirdən ibarətdir. Məsələn, MDB Dövlət Başçıları Şurasının yubiley iclasını keçirmək, Birliyin 25 illiyi ilə bağlı Bəyanat qəbul etmək, “Müstəqil Dövlətlər Birliyinin 25 ili: yekunlar, perspektivlər” mövzusunda Beynəlxalq elmi-praktik konfrans, “MDB-nin 25 ili: yeni inteqrasiya və tərəfdaşlıq imkanları” mövzusunda Dövlətlərarası sərgi, Birlik ölkələrinin Regionlar Forumunu, yaradıcı və elmi ziyalılarının XI Forumunu, Birlik ölkələrində “MDB həftələri”, təhsil ocaqlarında vahid dərs və bir sıra digər tədbirlər keçirmək, o cümlədən KİV-lərin həmin tədbirlərə informasiya dəstəyini təşkil etmək, mətbu və suvenir məhsul hazırlamaq nəzərdə tutulur.

İclasda MDB-nin fəaliyyətini müasir şəraitə uyğunlaşdırılmasına yönəldilən təkliflərin nəzərdən keçirilməsi istiqamətində görülən işlər də müzakirə olunub. Birlik ölkələrinin daimi səlahiyyətli nümayəndələri Qazaxıstan Parlamenti Məclisinə növbədənkənar deputat seçkilərində Birliyin müşahidəçilər missiyasının başçısı vəzifəsinə MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib Sergey Lebedevin namizədliyini razılaşdırıblar.