YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Azərbaycan işğalçı Ermənistanın NATO PA-dan çıxarılması təklifilə çıxış etməkdə tamamilə haqlıdır

«Azərbaycan işğalçı Ermənistanın NATO Parlament Assambleyasından çıxarılması təklifilə çıxış etməkdə tamamilə haqlıdır. Çünki ölkəmizin bu mövqeyi ciddi arqumentlərə əsaslanır». Bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübriz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib  və bunun nəticəsində də bir milyondan çox insan qaçqın-köçkün vəziyyətinə düşüb. Onun sözlərinə görə, Ermənistan hərbi birləşmələri  işğal etdiyi ərazilərimizdə maddi-mədəni və tarixi abidələri, bütövlükdə bütün infrastrukturları məhv edib.

«Təbii ki, bütün bunlar beynəlxalq hüququn, qayda-qanunların kobud surətdə pozulmasıdır. Eyni zamanda, Ermənistanın  Azərbaycanda törətdiyi terror hadisələri sübut olunub və belə bir terrorçu dövlətin NATO ilə əməkdaşlığı qəbuledilməzdir. Nəzərə alaq ki, NATO PA, eləcə də AŞPA bəzi dövlətləri beynəlxalq hüququ pozduğuna görə cəzalandırıb. Amma nəyə görə işğalçı Ermənistan cəzalandırılmamalıdır? Ona görə də, Azərbaycan tərəfinin irəli sürdüyü təklif tamamilə ədalətlidir. Hesab edirəm ki, NATO PA kimi nüfuzlu beynləxlaq təşkilat bu məsələdə obyektiv qərar qəbul etməlidir»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.