YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sergey Markov: Moskvanın və Piterin müasir baxışlı gəncləri Bakıya səfər etməyi üstün tuturlar

“Azərbaycan kənd təsərrüfatı sahəsində böyük təcrübəyə malikdir. Bu sahəyə xeyli vəsait yatırılıb. Azərbaycanda yetişdirilən məhsul sağlamdır, tərkibində heç bir kimyəvi maddə yoxdur. Azərbaycan Rusiyanın kənd təsərrüfatı məhsullarına olan tələbatını təmin edə bilər. Amma bunun üçün distributsiya kanalları yaratmaq lazımdır”. Bu sözləri Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov “Rusiya və Azərbaycan iqtisadi böhran dövründə. Həll yolları və iki ölkənin iqtisadiyyatında yeni meyillər” mövzusunda “dəyirmi masa”da çıxışında deyib. İclas RF İctimai Palatasında keçirilib.

S.Markovun fikrincə, bu sahəni inkişaf etdirmək üçün regional xarakter daşıyan böyük ticarət brendləri və ticarət evləri yaratmaq lazımdır. O deyib: “Belə ticarət siyasətinin siyasi dəstəyi böyük olacaq. Rusiyanın siyasi rəhbərliyi Azərbaycana dost ölkə kimi baxır, hesab edir ki, onunla ticarət münasibətlərini inkişaf etdirmək lazımdır”.

Politoloqun sözlərinə görə, Azərbaycandan kənd təsərrüfatı məhsullarının idxalını artırmaq müqabilində Azərbaycan biznesi məhsulun bir hissəsini, o cümlədən maşınqayırma məhsullarını Rusiyadan ala bilər. Politoloq deyib: “Rusiyanın maşınqayırma müəssisələri Azərbaycana konkret nə lazım olması barədə az məlumatlıdır. Azərbaycan tərəfi, ilk növbədə Azərbaycan diasporu vəziyyəti təhlil edib, təkliflər irəli sürə bilər. Bu təkliflər böyük siyasi dəstək alacaq”.

Turizm sahəsində əməkdaşlığın perspektivlərini xüsusi vurğulayan S.Markovun fikrincə, Azərbaycanın dağ-xizək kurortları rusiyalı turistlərə Alp dağlarındakı kurortları əvəz edə bilər. O deyib: “Yaxşı olardı ki, Azərbaycanın turizm agentlikləri öz məhsullarını – Qəbələdə və ölkənin digər regionlarında dağ-xizək kurortlarını, qumsal çimərlikləri, dadlı meyvələri və rus dilində danışan mehriban əhalisi olan Xəzər dənizi sahilində istirahət yerlərini daha fəal təqdim etsinlər”.

RF İctimai Palatasının üzvü mədəni turizmin əhəmiyyətini xüsusi vurğulayaraq deyib: “Bugünkü Bakı sadəcə nağıl-şəhərdir. Moskvanın və Piterin müasir baxışlı gəncləri Bakıya səfər etməyi, onun görməli yerlərinə tamaşa etməyi üstün tuturlar. Amma onlar ora praktiki olaraq müstəqil getməli olurlar. Müasir Bakıya turizm turları olduqca azdır. Heydər Əliyev Mərkəzi möhtəşəm müasir binadır. Şəhərin qonaqları bu mərkəzə məmnunluqla gəlirlər, həm də ona görə ki, burada həmişə maraqlı sərgilərə tamaşa etmək mümkündür”.

S.Markovun fikrincə, “Brilyant əl” və “Amfibiya-adam” kimi məşhur filmlərin çəkildiyi yerlərə mədəni turlar təşkil etmək pis olmazdı. O deyib: “Bakıya gəldiyim bütün nümayəndə heyətlərinin üzvləri mütləq əfsanəvi “Brilyant əl” filminin məşhur səhnəsinin çəkildiyi yeri görmək istəyirlər. Təəssüf ki, bu yerdə turistləri cəlb edəcək heç nə yoxdur. Yaxşı olardı ki, orada əfsanəvi səhnənin qəhrəmanlarını əks etdirən heykəl qoyulsun”.

 

DİGƏR Xəbərlər Arxiv