YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər mükafatlandırılıblar

Fevralın 8-də gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Milli Paralimpiya Komitəsinin yaranmasının 20 illiyi münasibətilə ölkəmizdə səfərdə olan Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Ser Filip Kreven ilə görüşüb.

Nazir ölkəmizdə paralimpiya hərəkatının inkişafına göstərilən dövlət qayğısından, idmançılarımızın beynəlxalq arenalarda qazandıqları nailiyyətlərdən danışıb.

Görüşdə Azərbaycan atletlərinin cari ildə Rio-de-Janeyroda təşkil olunacaq Yay Paralimpiya Oyunlarında iştirakı barədə fikir mübadiləsi aparılıb. Həmçinin paralimpiya idman növlərinin gələn il Azərbaycanda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının proqramına salınmasının mümkünlüyü də müzakirə edilib.

Ser Filip Kreven ölkəmizdə uğurla inkişaf edən paralimpiya hərəkatının əhəmiyyətini yüksək qiymətləndirib, komitənin 20 illik yubileyi münasibətilə nazir Azad Rəhimovu və qurumun əməkdaşlarını təbrik edib. Azərbaycanın mötəbər beynəlxalq yarışlara və tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini deyən qonaq “Bakı-2015” ilk Avropa Oyunlarında paralimpiyaçı cüdoçuların çıxışlarını ölkəmizdə bu sahəyə göstərilən diqqətin bariz nümunəsi olduğunu vurğulayıb.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi mərasimi keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov ölkəmizdə idmana göstərilən dövlət qayğısından, paralimpiyaçılarımızın uğurlarından və gələcək layihələrdən danışıb.

Paralimpiyaçılarımızın “Rio-2016”da da uğurla çıxış edəcəklərinə əminliyini vurğulayan nazir Azad Rəhimov deyib ki, atletlərimiz planetin ən nüfuzlu idman yarışına lisenziyalar qazanmaqda davam edirlər. Bizim ikiqat paralimpiya çempionu olan idmançılarımız var. Bu, ölkəmizdə paralimpiya hərəkatının inkişafından xəbər verir.

Sonda Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər təltif ediliblər.

 

DİGƏR Xəbərlər Arxiv