YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rasim Musabəyov: Ermənilər konkret məsələlərdən boyun qaçırmağa çalışır

«Bu, ermənilərin ənənəvi mənfi və təbliğat xarakterli hərəkətləridir». Bu fikri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Bakıda NATO PA-nın "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" mövzusunda keçirilən 86-cı Rouz-Rout seminarında erməni deputatların çıxışlarına münasibət bildirərkən deyib.

R.Musabəyov qeyd edib ki, ermənilər hər vəchlə konkret məsələlərdən boyun qaçırmağa çalışır. Onun fikrincə, ermənilərin bu cür yanaşma nümayiş etdirməsi gözləniləndir.

«Əsas o idi ki, həmin tədbirdə təmsil olunan ayrı-ayrı ölkələrin nümayəndələri işğalçı ermənilərin əsl simasını görsün. Tədbir iştirakçıları müzakirələrin gedişində kimin kim olduğunu müşahidə etdilər»- deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv