YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Yazıçılar Birliyinin 80 illik yubileyi qeyd edilmişdir

İyunun 18-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin (AYB) 80 illik yubileyi keçirilmişdir.

Yubiley tədbirində dövlət və hökumət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrdən gəlmiş qonaqlar və AYB-in çoxsaylı üzvləri iştirak etmişlər.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin AYB-in yaradılmasının 80 illik yubileyi münasibətilə təbrik məktubunu oxumuşdur (Təbrik məktubu qəzetin bugünkü nömrəsində dərc olunur).

Mərasimdə çıxış edən Xalq Yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar təşkilatın keçdiyi tarixi yola nəzər salmışdır.

Bildirilmişdir ki, 1934-cü ilin iyun ayında yaradılmış Azərbaycan Yazıçılar İttifaqının ilk sədri Məmmədkazım Ələkbərli olmuşdur.

Sonrakı illərdə Azərbaycan Yazıçılar İttifaqına Seyfulla Şamilov, Rəsul Rza, Səməd Vurğun, Mehdi Hüseyn, Süleyman Rəhimov, Mirzə İbrahimov, İmran Qasımov, İsmayıl Şıxlı kimi nəhəng söz bahadırları rəhbərlik etmişlər.

Qurumun sədri diqqətə çatdırmışdır ki, ölkəmizin dövlət müstəqilliyinin bərpasından sonra AYB milli ədəbiyyatın, ana dilinin qorunub yaşadılmasında, azərbaycançılıq ideologiyasının formalaşmasında böyük xidmətlər göstərmişdir. Təşkilat bu illər ərzində həmişə xalqımızın mədəniyyət tarixini və mənəvi sərvətlər xəzinəsini bədii-estetik düşüncənin bir çox qiymətli nümunələri ilə zənginləşdirmişdir.

Qarabağ məsələsi ortaya atılan gündən bu ədalətsizliyə qarşı ilk etiraz səsini qaldıran ictimai təşkilat məhz Azərbaycan Yazıçılar Birliyi olmuşdur. Həmin dövrdə xalq o vaxtkı iqtidardan əlini üzəndə üzünü Azərbaycan Yazıçılar Birliyinə tutmuşdu.

Xalq Yazıçısı bildirmişdir ki, elmə, ədəbiyyata, ölkənin mədəni yüksəlişinə, ədəbiyyat və incəsənət xadimlərinə xüsusi qayğı göstərən ümummilli liderimiz Heydər Əliyev AYB–in bir çox qurultaylarında çıxış etmişdir.

Ümummilli Liderin strategiyasını uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qələm sahibləri daim dəstəklənir, onların yaradıcılığına geniş imkanlar yaradılır.

 

DİGƏR Xəbərlər Arxiv