YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə Nazirliyi: Azərbaycan Silahlı Qüvvələri dinc əhalini, mülki obyektləri və avtomobilləri atəşə tutmayıb

Ermənistan tərəfi Azərbaycan-Ermənistan dövlət sərhədindəki təxribatı ört-basdır etmək və Azərbaycanı günahlandırmaq məqsədilə guya mülki şəxsə məxsus “VAZ-2106” markalı avtomobilin vurulması barədə absurd xəbər yayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildiriblər ki, Azərbaycan Silahlı Qüvvələri beynəlxalq humanitar hüququn prinsip və normalarına riayət edərək dinc əhalini, mülki obyektləri və avtomobilləri heç vaxt atəşə tutmayıb. Belə məlumatların heç bir əsası yoxdur və bu, Ermənistan tərəfinin növbəti yalanıdır.