YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri başlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 1-də Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri başlayıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Abu Dabinin Prezident hava limanında dövlətimizin başçısını Abu Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan və digər rəsmi şəxslər qarşıladılar.

Sonra Abu Dabinin Prezident hava limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi oldu.

Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.